
Yaxın Şərq regionunun ölkələri arasında dialoqun təşkilinə ciddi ehtiyacı var.
Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qətərin xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman əs-Sani ilə danışıqlar zamanı deyib.
İranın xarici işlər naziri Tehranın bu yanaşmasının region ölkələri ilə münasibətlərin inkişafına yönəldiyini bildirib.
Həmçinin Zərif iki ölkənin malik olduğu potensialı nəzərə alaraq, ticarət, iqtisadiyyat və investisiya sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Conflict.az