
Suriyada dövlət terrorizmi müşahidə edilir və daim insan haqları pozulur. Ona görə də Qərb Bəşər Əsəd hakimiyyəti ilə əlaqə yaratmır.
Bu sözləri Almaniya xarici işlər naziri Hayko Maas deyib.
“Bu, Rusiyanın təklifidir. Bizə deyirlər: Siz Əsədlə danışıqlar aparmalısınız, siz orada diplomatik münasibətləri yoluna qoymalısınız. Biz buna hazır deyilik. Bu müharibə davam etdikcə, Qərb ictimaiyyəti arasında Əsədlə müharibəni necə sona çatdırmağı müzakirə edəcək birini görmürəm”, - deyə Maas bildirib.
Conflict.az