
Rusiya Prezidenti Vladimir Putin bugünkü ənənəvi Federal Şura çıxışında hər mövzudan danışdı, bircə Ukrayna haqqında heç nə demədi. Halbuki, Rusiya ətrafında halqa Ukraynaya görə daralır.
Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya liderinin bugünkü geniş çıxışına replikasında qeyd edib.
“Putin Ukraynanın şərqindəki vəziyyətə toxunmadı, müharibə ehtimalından danışmadı. Bundan bir gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Putinə Donbasın istənilən nöqtəsində görüş təklifini səsləndirmişdi. Görünür, Zelenski düşünürdü ki, Putin bir gün sonrakı çıxışında onun təklifinə cavab verəcək. Putin isə Zelenskini iqnor etdi”.
Conflict.az