Sizin reklam burada
Sizin reklam burada

"Qonşular müharibəyə hazır olanlara yox, sülh istəyənlərə hücum edirlər”

"Qonşular müharibəyə hazır olanlara yox, sülh istəyənlərə hücum edirlər”
Ukrayna Ali Radasının hakim Xalqın Xidmətçisi Partiyasından olan bir neçə deputatı Prezdent Vladimir Zelenskidən Rusiya ilə diplomatik əlaqələri kəsməyi tələb edib.
Sözügedən tələbin mətnini deputat Boqdan Yaremenko Feysbuk səhifəsində yayıb.

“Biz dinc insanlarıq. Amma təəssüf ki, qonşular müharibəyə hazır olanlara yox, sülh istəyənlərə hücum edirlər”, - Yaremenko bildirib.

Müraciətdə Zelenskidən Rusiya ilə əlaqələrə son qoymaq, Britaniya və ABŞ hərbi kontingentini Ukraynaya dəvət etmək tələb olunub.

Deputatlar, həmçinin prezidentin səfərbərlik elan etməsini də istəyiblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş