
İraq təhlükəsizlik qüvvələri Mosulda bir evin dağıntıları altından İŞİD terror qruplaşmasına məxsus 1.6 milyon dollar dəyərində qızıl-zinət əşyaları aşkar edib.
Bu barədə “Şəfəq Nyus” portalı məlumat yayıb.
Məlumata görə, qızıl-zinət əşyaları uzun müddət İŞİD terrorçularına məxsus olub və onlara məxsus xəzinədə saxlanılıb.
Bildirilir ki, qiymətli metallar terrorçular tərəfindən yerli əhalidən zorla alınıb.
Conflict.az