
Rusiya ABŞ-ın dünyadakı təsirini pozmağa və Qərb ölkələrinin ittifaqlarını məhv etməyə çalışacaq.
Bu sözləri ABŞ-ın milli kəşfiyyatının direktoru Avril Heyns deyib.
"İnanırıq ki, Moskva ABŞ-ın təsirini zəiflətmək və Qərb ittifaqlarını məhv etmək üçün müxtəlif taktikalar tətbiq etməyə davam edəcək. Rusiya ABŞ-la qarşıdurma axtarmasa da, rusiyalı rəsmilər uzun müddətdir ki, Vaşinqtonun Rusiyanı zəiflətmək istədiyinə inanır", - Heyns bidirib.
Onun sözlərinə görə, Rusiya ABŞ və müttəfiqlərinə təhlükə yaratmaq üçün kiber sahədə yeni silah və alətlər təşkil etmək niyyətindədir.
Conflict.az