Sizin reklam burada
Sizin reklam burada

"Həmrəylik ifadələri məsuliyyətsizlikdir"

"Həmrəylik ifadələri məsuliyyətsizlikdir"
Alman müdafiə nazirinin ABŞ-ın Almaniyada hərbi kontingentini gücləndirməsilə bağlı səsləndirdiyi fikir Kiyevdə radikalları Donbasda müharibəyə sövq edə bilər. Bu, Qərbdən Ukraynaya yanlış siqnaldır.
Bunu Almaniya Bundestaqının müdafiə komitəsinin üzvü Aleksander Noy deyib.

“ABŞ və NATO-nun Kiyevə qarşı nümayişkaranə həmrəylik ifadələri məsuliyyətsizlikdir. Donbasdakı təmas xətti boyunca eskalasiya son dərəcə təhlükəlidir”, - Noy bildirib.

Qeyd edək ki, Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer ABŞ-ın bu ölkəyə daha 500 hərbçi göndərəcəyini bildirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş