
ABŞ Silahlı Qüvvələri bu ilin payızında beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrini Avropaya yerləşdirməyə başlayacaq.
Bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters deyib.
“F-35 çox vacibdir. Bizim hərbi planda mövqeyimiz güclüdür, amma ona meydan oxuyurlar. Bu meydan oxumanın əsas hissəsini rusların 5-ci sinif Su-37 təyyarəsi təşkil edir”, - Uolters bildirib.
Conflict.az