Sizin reklam burada
Sizin reklam burada

“Xüsusilə dəyərli məhbuslar” üçün nəzərdə tutulan düşərgə bağlandı

“Xüsusilə dəyərli məhbuslar” üçün nəzərdə tutulan düşərgə bağlandı
ABŞ-ın Quantanamo həbsxanasındakı ən gizli təsis olan 7 saylı düşərgədəki bütün məhbuslar başqa bir hissəyə köçürülüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

İndi onlar qonşu “Düşərgə 5”-də yerləşiblər. Bu, bütün Quantanamo məhbuslarının iki müəssisədə saxlanılmasına imkan verəcək.
Komandanlığa görə, bu dəyişikliklər personalın təhlükəsizliyini və ya məhkumlara “təhlükəsiz, qanuni və insani münasibət” təmin etməyi təhlükə altına qoymur.

“Düşərgə 7”-də neçə məhbus olduğu açıqlanmayıb.

“Camp Platinum” olaraq da bilinən “Düşərgə 7” (Camp 7) 2006-cı ildə yaradılıb və iki il boyunca gizli qalıb.

Hətta deyilənə görə, hərbiçilər düşərgənin mövcudluğunu belə qəbul etməkdən imtina ediblər və jurnalistlərin oraya getməsinə əsla icazə verməyiblər.

Düşərgə “xüsusilə dəyərli məhbuslar” üçün nəzərdə tutulmuşdu. 2017-ci ildə məhkumlardan biri, Somali vətəndaşı Həsən Dourad oradakı məhkumların gündəlik psixoloji işgəncələrə məruz qaldığını deyib.

11 sentyabr 2001-ci il hücumlarından sonra Quantanamo həbsxanasında beynəlxalq terrorçular üçün həbsxana yaradılıb. Bir çox məhbusun məhkəməsiz və istintaqsız saxlanıldığı və onlara işgəncə verildiyi bildirilib. ATƏT və BMT daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlar ABŞ rəhbərliyini həbsxananı bağlamağa çağırıblar, lakin o fəaliyyətini davam etdirir.

Eks-prezident Barak Obama Quantanamonun bağlanması barədə qanun imzalasa da, Konqress onu qəbul etməmişdi. Növbəti prezidend Donald Tramp isə Obamanın qərarını ləğv etdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş