Sizin reklam burada
Sizin reklam burada

Rusiyanı nüvə silahı tətbiq etməkdə və kosmosdan zərbələr endirməkdə günahlandırdılar

Rusiyanı nüvə silahı tətbiq etməkdə və kosmosdan zərbələr endirməkdə günahlandırdılar
Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı hərəkətləri müdafiə ilə əlaqəli deyil. Ukrayna ordusu ölkənin cənub-şərqindəki sakinləri üçün qalxan deyil, çəkicdir.
Bunu Rusiya Dövlət Dumasının üzvü Yelena Panina deyib.

Panina bir müddət əvvəl Ukrayna Baş Qərargah rəisi Ruslan Xomçakın Ukrayna ordusunu Avropanın müdafiə qalxanı adlandırması və ölkənin NATO-ya daxil olmasının nəinki Ukraynanı, hətta alyansın özünü gücləndirəcəyi barədə sözlərini belə qiymətləndirib:

"Xomçak öz sələflərinin – Ukraynanın müdafiə naziri Qeleteyanın, Mujenkonun, Turçinovun, həmçinin onların rəisi - eks-prezident Poroşenkonun ənənələrinə əməl edir. Vaxtilə bu dövlət və hərbi xadimlər çox gülməli bəyanatlar səsləndiriblər: hərbi paradı Sevastopolda keçirməyi vəd ediblər, Rusiyanı nüvə silahı tətbiq etməkdə və kosmosdan zərbələr endirməkdə günahlandırıblar. Amma əlbəttə ki, Xomçakın bəyanatı daha çox Poroşenkonun Ukrayna ordusunu "Avropanın ən güclü ordusu" kimi qələmə verməsi ilə oxşardır".

Conflict.az

  • Sosial şəbəkədə paylaş