Sizin reklam burada
Sizin reklam burada

“Nəhayət, respublikaçılar və mühafizəkarlar üçün cavab zərbəsi endirməyin vaxtı gəldi"

“Nəhayət, respublikaçılar və mühafizəkarlar üçün cavab zərbəsi endirməyin vaxtı gəldi"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından olan tərəfdarlarını Corciya ştatındakı yeni seçki qanununa etiraz edən bir sıra iri şirkətləri boykota çağırıb.
Bu barədə Foks Nyus telekanalı məlumat yayıb.

“Nəhayət, respublikaçılar və mühafizəkarlar üçün cavab zərbəsi endirməyin vaxtı gəldi. Bizim onlardan çox adamımız var. “Major League Baseball”, “Coca-Cola”, “Delta Airlines”, “JPMorgan Chase”, “ViacomCBS”, “Citigroup”, “Cisco”, UPS и “Merck”i boykot edin! Mövqelərini yumşaltmayana qədər onların məhsullarını istehlak etməyin!”, - Tramp bildirib.

Trampın çağırışından sonra Corciya ştatında bəzi respublikaçılar ofislərindən “Coca-Cola” məhsullarını yığışdırmağa başlayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş