
İtaliya xarici işlər naziri Luiqi Di Maio iki rusiyalı diplomatın deportasiya ediləcəyini açıqlayıb.
Buna səbəb Roma ilə Moskva arasında yeni yaranan casus böhranıdır.
İtaliya polisi casusluq şübhəsi ilə Rusiya Silahlı Qüvvələrinə bağlı olan bir səfirlik əməkdaşını və İtaliya donanmasında vəzifəli bir kapitanı saxlayıb.
Kapitan rusiyalı əsgərə pul qarşılığında sənəd verərkən yaxalanıb. İki şübhəliyə casusluq və dövlət təhlükəsizliyi ilə əlaqədar ittihamlar irəli sürülüb, italyan kapitan həbs edilib.
Rusiyanın Romadakı səfiri məsələ ilə əlaqədar İtaliya XİN-ə çağırılıb.
Məsələyə rəsmi Moskvanın münasibəti özünü çox gözlətməyib: “Rusiyalı diplomatların deportasiya edilməsi qərarı bizi kədərləndirdi”.
Kremldən vurğulanıb ki, bu hadisənin İtaliya ilə əlaqələrə təsir etməyəcəyinə ümidvardırlar.
Conflict.az