
Məşhur rusiyalı telejurnalist Vladimir Pozner Gürcüstana səfərə gəlib.
Paytaxt Tiflisə gələn Pozner etirazla qarşılanıb. Müxalifətçilər jurnalistin qaldığı otelin önündə toplaşaraq aksiya keçirirlər. Əraziyə polis əməkdaşları cəlb olunub.
Aksiya iştirakçıları rusiyalı jurnalistin Gürcüstanın ərazi bütövlüyünü tanımadığını iddia edirlər.
***
“Rustavi” telekanalının məlumatına görə, etirazçılar Poznerin qaldığı oteli mühasirəyə alıblar və binaya elektrik enerjisinin verilişi dayandırılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi açıqlamasında Poznerin ABŞ vətəndaşı olduğu və “işğal olunmuş ərazilər haqqında" qanunu pozmadığını bildirib.
Vladimir Pozner polislərin köməyilə oteli tərk edib.
Conflict.az