Sizin reklam burada
Sizin reklam burada

Vətəndaşları evdə yığılan zibili küçələrə tökməyə çağırdılar

Vətəndaşları evdə yığılan zibili küçələrə tökməyə çağırdılar
Hərbi rejim əleyhinə etiraz edən Myanma sakinləri ölkədə “zibil üsyanı”na başladıqlarını elan ediblər.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Mənbə yazır ki, nümayişçilər şam yandıraraq toqquşmalar nəticəsində ölənlərin xatirəsini yad edib, vətəndaşları itaətsizliyə və evdə yığılan zibili küçələrə tökməyə çağırıblar.

Myanmada fevralın birindən başlayan etirazlar nəticəsində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşmalarda azı 500 nəfər şəxs həlak olub.

Xatırladaq ki, fevralın birində Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş