
Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının nümayəndələri siyasi böhrandan çıxmaq üçün müxalifətlə yenə razılığa gələ bilmədilər.
Bunu Avropa Şurası prezidentinin şəxsi nümayəndəsi Kristian Danielson deyib.
“Bu gün Şarl Mişelin təklifi ilə Gürcüstanda vasitəçiliyin ikinci mərhələsini başa vurdum. Böhranın həlli yolları var. Bunlar seçki və ədliyyə sahəsindəki əhəmiyyətli islahatlarla əlaqəlidir. Təəssüf ki, siyasi partiyaların heç biri bu qərarları qəbul etmədi”, - Danielson bildirib.
Conflict.az