Sizin reklam burada
Sizin reklam burada

"Hər iki tərəfin bir-birinə ehtiyacı var"

"Hər iki tərəfin bir-birinə ehtiyacı var"
Türkiyə ilə ən yaxşı əlaqəyə sahib olmaq istəyirik. Sanksiyadan söz açmayın. Əksinə, Türkiyəyə müsbət yanaşma istəyirik.
Bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell fransalı jurnalistin "Türkiyəyə sanksiya məsələsi gündəmə gətiriləcəkmi" sualını cavablandırarkən deyib.

"Bu müsbət yanaşma nəticə verməsə, onda nə edəcəyimizi düşünəcəyik. Ancaq hələlik hər iki tərəfdə müsbət tərəfdaşlıq qurmaq istəyi var. Hər iki tərəfin bir-birinə ehtiyacı var", - Borrell qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş