
Britaniyanın keçmiş baş naziri Devid Kemerona qarşı istintaq başladılıb.
Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, eks-baş nazir qanunsuz lobbiçilik fəaliyyətində günahlandırılır. O, öz əlaqələrindən istifadə edərək maliyyə nazirliyi və İngiltərə bankına təzyiqlər göstərib.
Qeyd olunur ki, əgər D.Kemeronun günahı təsdiqlənərsə, işin təfərrüatlarından asılı olaraq, siyasətçini 7.5 min funt cərimədən başlayaraq cinayət məsuliyyətinədək cəza gözləyir.
Conflict.az