
“The New York Times” nəşri öz məqaləsini 558 milyon dollara satıb.
“RİA Novosti” xəbər verir ki, yazı NFT tokeni şəklində satılıb.
Məlumata görə, vəsait nəşrin xeyriyyə fonduna yönəldilib.
Qeyd edək ki, hazırda dünyada rəqəmsal NFT tokeni şəklində rəqəmsal əsərlərin satışı sürətlə populyarlaşır. Blokçeyn texnologiyasına əsaslanan NFT rəsm əsərlərinin rəqəmsal surətlərinin, həmçinin tvitlərin satılmasına imkan verir.
Xatırladaq ki, bir neçə gün öncə “Twitter”in təsisçisi Cek Dorsi ilk tvitini məhz bu texnologiya sayəsində satışa çıxarıb və 2.9 milyon dollar əldə edib.
Conflict.az