Sizin reklam burada
Sizin reklam burada

İqtisadi böhran Vatikana da təsir etdi

İqtisadi böhran Vatikana da təsir etdi
Roma Papası Fransisk kardinalların və digər din xadimlərinin məvaciblərini 10% azaltmaq barədə göstəriş verib.
Bu barədə “Reuters” məlumat yayıb.

Papanın bu qərarının mövcud iş yerlərinin saxlanması ilə bağlı olduğu bildirilir. Belə ki, pandemiyanın səbəb olduğu iqtisadi böhran Vatikanın gəlirlərinə də mənfi təsir edib.

Qərarın aprelin 1-dən etibarən qüvvəyə minəcəyi qeyd olunur.

“Reuters”in məlumatına görə, hazırda Vatikanda çalışan kardinalların məvacibi orta hesabla 4-5 min avro təşkil edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ