
Qərbin Kalininqradda hərbi təhdid anlayışı ABŞ və NATO-nun Şərqi Avropada öz mövcudluğunu genişləndirmək istəkləriylə bağlıdır.
Bu məlumatı rusiyalı senator Aleksey Puşkov öz Teleqram kanalında paylaşıb.
“ABŞ və NATO-nun bu mövzunu daim gündəmdə saxlaması önəmlidir. Bu, Polşa, Baltikyanı və Baltik dənizində öz mövcudluğunu əsaslandırmaq, NATO hərbi manevrlərinə Finlandiyanı cəlb etmək, İsveçi sürükləmək üçün lazımdır. Kalininqrad mövzusunu görməzdən gəlmək NATO-nun mövcudluğunun məqsədəuyğunluğunu sual altında qoyacaq”, – deyə o bildirib.
Conflict.az