
Jurnalistlər “AstraZeneca” peyvəndi barədə məlumat almaq üçün ABŞ hökumətinə təzyiq göstərməyə davam edirlər. Lakin suallara baxmayaraq Ağ Evin sözçüsü Cen Psaki susqunluğunu qoruyur.
“RİA Novosti” Psakinin bir neçə mətbuat konfransından videoları toplayıb. Jurnalistlər “AstraZeneca” ehtiyatlarını niyə digər ölkələrə yollanmadığı barədə suala cavab almağa çalışıblar. Müxbirlərdən biri ilə Psakinin dialoqu belə olub.
- Siz bizim başqa ölkələrə tədarük etməyə hazırlaşıb-hazırlaşmamağımızı soruşursunuz, eləmi? Yoxsa istehsalçıların dozaları başqa ölkələrə satıb satmayacaqlarından danışırsınız?
- Doğrudur.
- İkincisi?
- Bağışlayın, bir daha təkrarlayın.
Digər hadisələr zamanı jurnalistlərn birbaşa suallarını cavablandırmadan ABŞ sakinlərinin vaksinasiyasından danışıb.
Bundan əvvəl bir neçə ölkə tromboemboliya səbəbiylə “AstraZeneca” peyvəndinin istifadəsini dayandırıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertizanın nəticələrinin bir həftə ərzində ortaya çıxacağını söyləyib.
Conflict.az