
Türkiyə qətiyyətli mübarizəsini davam etdirir. Şərqi Aralıqda hər hansı güzəştə getməyimizdən söhbət gedə bilməz.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya-Herseqovina rəsmiləri ilə Prezident iqamətgahındakı görüşündə deyib.
“Misir xalqının burada bizim əleyhimizə hərəkət etdiyini düşünmürəm. Atılan addımlar əslində müvəqqəti yanlışlığın təzahürüdür.
Bundan əlavə, Səudiyyə Ərəbistanı Yunanıstanla birgə təlimlər keçirmək niyyətindədir. Digər tərəfdən də Səudiyyənin Türkiyədən PUA almaq arzusu var. Kimin əli kimin kimin cibindədir, bəlli deyil. Regionda Türkiyəsiz müəyyən bir prosesin icra edilməsinə əsla icazə verməyəcəyik”, - deyə Ərdoğan bildirib.
Conflict.az