Sizin reklam burada
Sizin reklam burada

ABŞ Qarabağda həll prosesinə öz təsirini artırmağı planlaşdırır

ABŞ Qarabağda həll prosesinə öz təsirini artırmağı planlaşdırır
Türkiyənin “Milliyət” qəzeti Co Baydenin prezident seçilməsindən sonra ABŞ-ın Qafqazdakı müəmmalı siyasəti barədə məqalə dərc edib.
Məqalə müəllifinin fikrincə, yeni ABŞ prezidenti hazırda daxili siyasətlə məşğuldur, amma buna baxmayaraq, ABŞ Dövlət katibinin Avropa məsələləri üzrə köməkçisinin müavini Corc Kentin açıqlamalarına əsasən, Vaşinqtonun bölgədəki maraqlarını müəyyənləşdirməyə və xüsusən də onları Moskvaya nümayiş etdirməyə çalışdığı qənaətinə gəlmək olar.

“ABŞ mesaj verir: Görünməsəm də, bölgədə hələ də gözlərim və qulaqlarım mövcuddur. Bizim enerji təhlükəsizliyi və iqtisadiyyat sferasında lazımi addımlar atmağa gücümüz var”, - deyə materialda qeyd olunur.

Müəllif Kentin bir sıra açıqlamalarından sitat gətirərək, Vaşinqtonun Rusiya, Çin və İranın regiondakı maraqlarından narahat olduğunu bildirir.

Yazıda, həmçinin ABŞ-ın Qarabağda həll prosesinə öz təsirini artırmağı planlaşdırdığı da iddia edilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş