Sizin reklam burada
Sizin reklam burada

"Əhalinin fərqli qrupları ölkənin gələcəyini fərqli şəkildə görür"

"Əhalinin fərqli qrupları ölkənin gələcəyini fərqli şəkildə görür"
Krımın itirilməsi qaçılmazdır.
Bu sözləri ukraynalı politoloq Aleksey Qolobuçki deyib.

“25 il ərzində biz Ukraynanın mövcudluq hədəfinin yaranması ilə bağlı heç nə etməmişik. Əhalinin fərqli qrupları ölkənin gələcəyini fərqli şəkildə görür və bu səbəbdən o, vahid dövlət kimi mövcud ola bilmir. Bir tarixçi olaraq mənim üçün vətəndaş müharibəsi, yaxud təcavüzkarlıq zaman məsələsidir. Əgər biz 30 il əvvəl bölünsəydik, o zaman hərə öz layihəsi ilə normal şəkildə yaşayardı. Biz avropalı, onlar (Ukraynanın şərqi – red.) isə Rusiyanın bir hissəsi olardı. Krıma gəldikdə isə, Rusiyaya birləşməsi aşkar idi, lakin bunun qarşısını almaq olardı. Krım heç vaxt Ukraynanın olmayıb. Çünki Ukrayna hakimiyyəti bunun üçün heç nə etməyib”, - deyə ekspert bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş