Sizin reklam burada
Sizin reklam burada

Kimyəvi silahdan istifadə ilə əlaqədar əlavə sanksiyalar tətbiq edilə bilər

Kimyəvi silahdan istifadə ilə əlaqədar əlavə sanksiyalar tətbiq edilə bilər
ABŞ və Böyük Britaniya Rusiyanın kimyəvi silahdan istifadəsi ilə əlaqədar bu ölkə barəsində əlavə sanksiyaların tətbiqinin imkanını müzakirə edir.
Bu barədə mənbələrə istinadən “Bloomberg” bildirib.

Agentliyin məlumatına görə, rəsmi Vaşinqton və London Rusiya biznesmenlərinə qarşı məhdudiyyətlərdən sanksiyaların müxtəlif variantlarına qədər imkanlarını nəzərdən keçirir.

Mənbələr qeyd edir ki, Britaniya Kimyəvi Silahların Qadağan olunması Təşkilatı (OPCW) vasitəsi ilə hərəkət edərək təşkilatı Moskvaya təzyiq göstərməyə çağıracaq.

Agentliyə bildirilib ki, ABŞ kimyəvi silah istifadədən imtina edəcəyinə dair zəmanətə razı olmadığı və ya kimyəvi silahların güman edildiyi obyektlərə girişə razılıq verməyəcəyi təqdirdə Rusiya Federasiyasına qarşı ikinci, daha geniş sanksiyalar paketi tətbiq etmək niyyətindədir.

Martın 2-də Avropa Birliyi və ABŞ Aleksey Navalnı işi ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Sonra Birləşmiş Ştatların Ticarət Nazirliyi sanksiyalar siyahısına düşmüş təşkilatların siyahısını yayıb.

ABŞ-ın sanksiyalar siyahısına Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikov, baş prokuror İqor Krasnov, müdafiə nazirinin müavini Pavel Popov, müdafiə nazirinin digər müavini Aleksey Krivoruçko, Kreml Administrasiyası rəhbərinin birinci müavini Sergey Kirienko və Kremlin Daxili Siyasət İdarəsinin rəhbəri Andrey Yarinin adları salınıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ