Sizin reklam burada
Sizin reklam burada

"Bütün tərəflər müharibəyə son qoymaq üçün çalışmalıdır”

"Bütün tərəflər müharibəyə son qoymaq üçün çalışmalıdır”
Səudiyyə Ərəbistanı İranın dialoqa başlamaq təklfini öz təhlükəsizliyinə təhdid kimi görməməlidir.
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
“Biz real regional dialoq aparmaq istəyirik və Səudiyyə bu məsələni ona qarşı yönələn təhlükə kimi qəbul etməməlidir. Bütün tərəflər, o cümlədən Ər-Riyad Yəmən xalqının iztirablarına və onun əleyhinə olan müharibəyə son qoymaq üçün çalışmalıdır”, - deyə iranlı rəsmi bildirib.

Xatırladaq ki, 2019-cu ilin 25 sentyabrında İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasında “Hörmüz Sülh Təşəbbüsü” layihəsini təqdim etmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş