Sizin reklam burada
Sizin reklam burada

"Onları bir şey idarə edir - pul itirmək qorxusu və nüfuz”

"Onları bir şey idarə edir - pul itirmək qorxusu və nüfuz”
“Təxminən bir həftə ərzində Paşinyanın ətrafındakı vəziyyəti aydınlaşdırmaqla məşğul oldum. Nəhayət, erməni siyasi maşınının gizli mexanizmlərini başa düşdüm”.
Bunu Rusiyanın “İzvestiya” qəzetinin direktorlar şurasının sədri Aram Qabrelyanov deyib.

“Paşinyan onun üçün üç nəfər tərəfindən məharətlə toxunmuş siyasi tora düşüb. Bu üç nəfər indi baş nazir üzərində çox böyük təsirə malikdir və ondan ustalıqla istifadə edirlər. Hər üçünün öz vəzifələri, öz maraqları var, amma ən əsası, onları bir şey idarə edir - pul itirmək qorxusu və nüfuz”, - Qabrelyanov qeyd edib.

Jurnalist Ermənistan baş nazirini idarə etdiyini iddia etdiyi üç şəxsin adını da çəkib:
“Onlar oliqarx Xaçatur Sukiasyan (Qrzo), Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryandır. Hazırda bu üçlük olmadan heç bir vacib qərar verilmir. Paşinyanın arvadı da daxil olmaqla hamı onların təlimatları ilə hərəkət edir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş