
Qarabağdakı müharibədə təkcə Ermənistan deyil, döyüşlərdə aşağı effektivlik göstərən silahları ilə Rusiya da uduzdu.
Bunu erməni deputat Arman Babacanyan deyib.
“Əgər bunu deməyə cəsarətimiz çatmayacaqsa, ordumuzu bərpa edə bilməyəcəyik. Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək üçün müasir yanaşmalara ehtiyac var. Bunun üçün digər ölkələrdən yardım lazımdır. Ermənistan Rusiyaya etibar etməməlidir. Çünki rus silahları ilə silahlanma müasir müharibə üçün yararsızdır”, - Babacanyan bildirib.
Deputatın sözlərinə görə, Baş nazir Nikol Paşinyan xarici siyasət vektorunu dəyişməlidir.
Conflict.az