Sizin reklam burada
Sizin reklam burada

"Kəşfiyyat dəyərləndirməm yoxdur”.

"Kəşfiyyat dəyərləndirməm yoxdur”.
Pentaqon rəsmisi İsrailə məxsus gəminin İran tərəfindən vurulması iddialarını şərh etməkdən imtina edib.
TASS xəbər verir ki, Pentaqon sözçüsü Con Kirbi bu yöndə hər hansı məlumata sahib olmadığını bildirib:

“İsrail gəmisindən söhbət getdiyi üçün sizi bu ölkənin rəsmilərinə yönləndirərdim. Bu kürsüdən sözügedən mövzu ilə bağlı danışacağım hər hansı kəşfiyyat dəyərləndirməm yoxdur”.

Qeyd edək ki, Oman körfəsində İsrailə məxsus gəmidə partlayış baş verib. İsrail rəsmiləri partlayışın arxasında İranın dayandığını iddia edirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ