Sizin reklam burada
Sizin reklam burada

“Rayonda hər addımda baxımsızlıq özünü göstərir” / FOTO

“Rayonda hər addımda baxımsızlıq özünü göstərir” / FOTO
Həbs olunan və ya işdən uzaqlaşdırılan icra başçılarının yeni kadrlarla əvəzlənməsi həmin rayonlarda hər hansı kardinal dəyişikliklərə səbəb olmadı. Əksinə tam bir durğunluq və ya sükutla müşayət olunan idarəçilik tətbiq olundu. Hər halda əyalətlərdən gələn informasiya bu qənaəti yaradır.
Bir müddət əvvəl İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin səs-küylü həbsindən sonra rayon sakinlərində vəziyyətin daha münasib formata dəyişəcəyi ilə bağlı müəyyən qənaətlər yaranmışdı. Lakin Elçin Rzayevin təyinatından sonrakı vəziyyət rayon sakinlərinin düşündüyü kimi olmadı. Conflict.az-a daxil olan məlumatda deyilir ki, E.Rzayevin təyinatından kifayət qədər zaman keçsə də, İmişlidə hər hansı yeniliyi onun adı ilə bağlamaq mümkün deyil. Vətəndaş qəbuluna bir o qədər də önəm verməyən başçı bunu pandemiya ilə əlaqələndirsə də, lakin uzaq məsafədən və ya videoformatda belə qəbulları önəmsəmir. Rayondakı mənbədən redaksiyaya daxil olan məlmatda qeyd edilir ki, rayonda hər addımda baxımsızlıq özünü göstərir. “Məsələnin ən maraqlı tərəfi isə artıq İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyevin adını daşıyan parkda belə baxımsızlıq hiss olunur. Belə ki, mərhum prezidentin heykəlinin kənarındakı dekorativ ağaclardan biri qurusa da, aidiyyatı strukturlar, konkret İcra Hakimyyəti fəsadın aradan qaldırılmasında maraqlı görünmür.” – deyən mənbə əlavə etdi ki, bu yalnız bir, həm də cüzi faktdır.
“Rayonda hər addımda baxımsızlıq özünü göstərir” / FOTO
“Rayonda hər addımda baxımsızlıq özünü göstərir” / FOTO
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Conflict.az

  • Sosial şəbəkədə paylaş