Sizin reklam burada
Sizin reklam burada

"Biz "P5 + 1" tərəfdaşlarımızla ən yaxşı yolları müzakirə edəcəyik"

"Biz "P5 + 1" tərəfdaşlarımızla ən yaxşı yolları müzakirə edəcəyik"
Ağ Ev İranın qeyri-formal görüşdən imtina etməsi ilə bağlı məyusluğunu bildirir və “P5+1” üzrə tərəfdaşlarla gələcək addımları müzakirə etmək niyyətindədir.
Bu barədə “Faynənşl Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ qarşılıqlı şəkildə öhdəliklərə qayıtmaq üçün konstruktiv diplomatiyaya qayıtmağa hazırdır.

"Biz "P5 + 1" tərəfdaşlarımızla ən yaxşı yolları müzakirə edəcəyik", — deyə Ağ Evin nümayəndəsi bildirib.

Qeyd edək ki, bundan öncə İran hakimiyyətinin ABŞ və Avropa Birliyinin Tehranın nüvə proqramı ilə əlaqədar birbaşa diplomatik əlaqələrə başlamaq təklifi ilə razılaşmadığı məlum olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş