
Gürcüstandakı siyasi burulğanlıq Cənubi Qafqazın və birbaşa Azərbaycanın iqtisadi sabitliyi üçün təhlükə yaradır.
Bunu Axar.az-a açıqlamasında gürcü politoloq Gela Vasadze deyib.
“Bu gün Gürcüstanda baş verən hadisələr Rusiyanın regiondakı nüfuzunu daha da gücləndirə bilər. Bu, o deməkdir ki, hazırkı vəziyyət Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələrinə (Cənub Qaz Dəhlizi, BTC, BTQ) təsir göstərə bilər. Odur ki, durum son dərəcə təhlükəlidir", - o bildirib.
Ölkənin yeni seçilmiş Baş nazirinin Bakıya səfəri ilə bağlı bəyanatına toxunan ekspert qeyd edib ki, Gürcüstan rəsmiləri ilk olaraq Bakıya səfər edirlər, Qaribaşvili də istisna deyil.
Conflict.az