
Gürcüstandakı situasiya 2003-cü il hadisələrini xatırladır.
Bunu “Qruzinform” saytının baş redaktoru Arno Xidirbeqişvili deyib.
Onun sözlərinə görə, Qaxariyanın istefası və parlament böhranı ciddi silkələnmə sayılmalıdır:
“Hazırkı situasiya 2003-cü ilin təkrarıdır. O zaman baş nazir Jvaniya istefaya getmiş, Qızılgül inqilabı olmuş, yeni hökumət gəlmişdi. O vaxt hakimiyyəti əlinə Şevarnadzenin Mülki İttifaq Partiyası almışdı (inqilabdan əvvəlki dönəmi xatırladır – red.). Eynilə bu gün seçkilər, nəticələrə etiraz edilməsi, baş nazirin istefası təkrarlanır. Bunu təbii ki, hökumətin istefası izləməlidir. İnqilab ssenarisi artıq işləyir, o, 50% artıq gerçəkləşib”.
Conflict.az