Sizin reklam burada
Sizin reklam burada

O, binaya buraxılmayacaq

O, binaya buraxılmayacaq
Ermənistanın müxalif "Vətənin qurtuluşu Hərəkatı" Yerevanın mərkəzindəki “Fransa” meydanında etiraz aksiyasını davam etdirəcək.
Bu gün saat 11:30-da baş nazir Nikol Paşinyan hökumət binasının 3-cü korpusuna gələcək.

"Bu zaman müxalifət girişləri bloklayacaq və onu binaya buraxmayacaq. Axşam isə mitinq davam etdiriləcək", - hərəkatın nümayəndəsi İşxan Saqatelyan bildirib.

Ötən gün Yerevanda Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında bir neçə min insan iştirak edib. Müxalifət tərəfdarları dövlət əleyhinə şüarlar oxuyaraq Yerevanın küçələri ilə yürüş təşkil ediblər.

Qeyd edək ki, Ermənistanda 10 noyabrdan Paşinyanın istefasına çağırış tələbləri ilə etiraz aksiyaları səngimir. Müxalifət onu Qarabağ müharibəsindəki məğlubiyyətdə ittiham edir. Paşinyan habelə ölkədəki iqtisadi və sosial problemlərdə günahlandırılır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ