Sizin reklam burada
Sizin reklam burada

Hökumət bölgədə tarazlı siyasət aparmaq və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi üçün fəal səylər göstərəcək

Hökumət bölgədə tarazlı siyasət aparmaq və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi üçün fəal səylər göstərəcək
Gürcüstanın yeni hökumətinin ölkənin xarici siyasət kursu ilə bağlı prioritetləri parlamentdə təsdiq olunub. Sənəddə deyilir ki, hökumət bölgədə tarazlı siyasət aparmaq və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi üçün fəal səylər göstərəcək.
Bu barədə Gürcüstanın yeni hökumətinin 2021-2024-cü illər üçün proqramında qeyd olunub.

Bildirilir ki, Gürcüstan regional əməkdaşlığın fəallaşdırılmasına xüsusi diqqət ayıracaq, bu kontekstdə tərəfdaş ölkələrlə strateji və siyasi, həmçinin sektorlararası əməkdaşlığı dərinləşdiriləcək.

Proqramda Gürcüstanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesinin milli maraqlar, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə uyğun olaraq davam etdiriləcəyi də vurğulanıb.

Növbəti illərdə Gürcüstan üçün sürətlə dəyişən geosiyasi çağırışlar fonunda regional beynəlxalq təşkilatlarda fəal iştirak xüsusi əhəmiyyət kəsb edəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ