
ABŞ qoşunları may ayına qədər Əfqanıstandan çıxmasa, müharibədən başqa variant qalmayacaq.
Bu barədə Talibanın yaydığı məlumatda deyilib.
“Razılaşma pozularsa, əlbəttə ki, Əfqanıstandakı insanlar son 20 ildə etdikləri kimi ölkələrini qoruyacaqlar. Diplomatiya yolu qapanarsa, müharibədən başqa yol olmaz”, - deyə bildirilib.
Qeyd edək ki, Pentaqon rəhbəri ABŞ qoşunlarının Əfqanıstandan çıxarmağa tələsmədiklərini söyləmişdi.
Conflict.az