Sizin reklam burada
Sizin reklam burada

"Cavab görünən və görünməyən alətləri ehtiva edəcək"

"Cavab görünən və görünməyən alətləri ehtiva edəcək"
Prezidentin müşaviri vurğulayıb ki, bu cür insidentlər "geniş tədbirləri" nəzərdə tutur və ABŞ administrasiyası bunun üzərində iş aparır.

ABŞ-ın dövlət qurumlarına edilən kiberhücumlara görə bu dövlət günahkar bildiyi Rusiyaya yaxın vaxtlarda cavab verməyə hazırlaşır. Üstəlik, Vaşinqtonun cavabı təkcə sanksiyalardan ibarət olmayacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə CBS-ə müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

O, hazırda kəşfiyyatın ziyanın dərəcəsini və hücumlarda kimin iştirak etdiyini aydınlaşdırdığını söyləyib. Cavab tədbirlərinə, onun sözlərinə görə, həftələr tələb olunacaq.

"Cavab görünən və görünməyən alətləri ehtiva edəcək. Bu, sadəcə sanksiyalar olmayacaq", - Sallivan xəbərdarlıq edib.

Müşavir vurğulayıb ki, bu cür insidentlər "geniş tədbirləri" nəzərdə tutur və ABŞ administrasiyası bunun üzərində iş aparır.

Ötən ilin dekabrında kompüter təhlükəsizliyi üzrə SolarWinds firmasının müştərilərinə genişmiqyaslı hücum təşkil edildiyi məlum olub. Zərərçəkənlər sırasında ABŞ-ın xeyli sayda dövlət müəssisəsi də vardı. Bunun Amerikanın dövlət strukturlarına indiyədək edilmiş ən böyük hücum olduğu bildirilirdi.

Bir sıra ABŞ KİV-i hücumlarda rusiyalı kibercinayətkarları günahlandırsalar da, bunu heç nə ilə sübut edə bilmədilər. Keçmiş dövlət katibi Mayk Pompeo da bu fikirdə ikən, sabiq prezident Donald Tramp Çini günahkar sayırdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ