Sizin reklam burada
Sizin reklam burada

"Bəzən biz Avropanı parçalamağa davam edən ideologiya və ya təşkilata qarşı mübarizəmizi davam etdiririk"

"Bəzən biz Avropanı parçalamağa davam edən ideologiya və ya təşkilata qarşı mübarizəmizi davam etdiririk"
Fransa prezidenti Emmanuel Makron NATO-nu növbəti dəfə tənqid edib.
Bu barədə “Financial Times” qəzeti xəbər verir.

Fransa rəhbəri qeyd edib ki, NATO daha aktual deyil.

O, xatırladıb ki, Şimali Atlantika alyansı indi mövcud olmayan Varşava Müqaviləsi təşkilatına qarşı mübarizə üçün yaradılmışdı.

"Bəzən biz artıq geopolitik məntiqlə mövcud olmayan və Avropanı parçalamağa davam edən ideologiya və ya təşkilata qarşı mübarizəmizi davam etdiririk", - Emmanuel Makron deyib.

Fransa lideri həmçinin böyük regional münaqişələrin həlli vasitəsi kimi “fəaliyyətini dayandıran” BMT Təhlükəsizlik Şurasının işini mənfi qiymətləndirib. Onun sözlərinə görə, məsələn, "dirçəldilmiş" Şura ABŞ və Çin arasında gərginliyin artırılmasından qaça bilərdi, ancaq Makron əmin deyil ki, Çin Xalq Respublikası əməkdaşlığa razı olacaq.

Fransa prezidenti ilk dəfə deyil ki, NATO-nu tənqid edir. Daha əvvəl o, təşkilatın "beyninin ölümü" haqqında bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş