Sizin reklam burada
Sizin reklam burada

6-cı gündür ki, kütləvi iğtişaşlar davam edir

6-cı gündür ki, kütləvi iğtişaşlar davam edir
İspaniyada artıq 6-cı gündür ki, reper Pablo Aselyanın həbsinə etiraz olaraq sol radikalların kütləvi iğtişaşları davam edir.
Bazar günü Bilbao və Barselona şəhərlərində qarşıdurmalar yaşanıb.

Belə ki, əksəriyyəti yetkinlik yaşına çatmayanlardan ibarət olan iştirakçılar Laetana küçəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, partlayıcı vasitələr və s. müxtəlif predmetlər atıb.

Polis mikroavtobuslarla etirazçıları geri çəkilməyə məcbur edib və nəticədə onlar Kataloniya meydanına doğru axışıblar.

Qeyd edək ki, reper Pablo Aselə terrorizmə çağırış və kral taxtının təhqir olunması ittihamı ilə 9 ay azadlıqdan məhrumetmə cəzası verilib. Reper fevralın 12-də könüllü olaraq həbsxanaya gəlməli olsa da, bunu etməyib. Fevralın 16-da öz tərəfdarları ilə Leyda şəhərindəki universitetdə barrikada quraraq həbsdən qaçmağa çalışıb. Lakin sonradan tutularaq həbsxanaya göndərilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş