Sizin reklam burada
Sizin reklam burada

Merkel etdiyi səhvin fərqinə vardı

Merkel etdiyi səhvin fərqinə vardı
Almaniya Kansleri Angela Merkel ölkə parlamentindəki çıxışından sonra qoruyucu maskasını taxmağı unudub.

Qeyd olunan görüntülərin əks olunduğu video qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb.

Kadrlarda Almaniya hökuməti başçısının çıxışını bitirdikdən sonra maskasını tribunada unudaraq, alqış sədaları altında yerinə keçib əyləşməsi əks olunur. Anidən etdiyi səhvin fərqinə varan Merkel dərhal tribunaya doğru gedərək qoruyucu maskasını götürüb taxır.

Qeyd edək ki, Kanslerin sözügedən videosu sosial şəbəkə istifadəçiləri tərəfindən böyük marağa səbəb olub.


Conflict.az

  • Sosial şəbəkədə paylaş