Sizin reklam burada
Sizin reklam burada

Donbas yeni müharibənin astanasındadır

Donbas yeni müharibənin astanasındadır
Ukrayna, Azərbaycan ordusunun döyüş təcrübəsini və ortaya qoyduğu beşinci nəsil müharibə taktikasını öyrənir.

Xüsusilə də pilotsuz uçuş aparatlarının digər silah növləri ilə qarşılıqlı tətbiqi məşq edilir.

Qeyd edək ki, son vaxtlar Ukrayna Türkiyə ilə sıx hərbi-texniki əməkdaşlığa da başlayıb və artıq öz ordusunu “Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə təchiz edib.

Tezliklə Ukrayna öz dəniz qüvvələrinin ehtiyacları üçün daha bir partiya “Bayraktar TB2” alacaq. O cümlədən “Bayraktar”lardan daha üstün olan və seriya istehsalı bu ildən başlayan “Akıncı” taktiki pilotsuz uçuş aparatının Ukrayna ilə birgə istehsalı barədə anlaşma da əldə edilib.

Bütün bunlar Donbas separatçıları arasında Ukraynanın pilotsuz uçuş aparatlarından kütləvi istifadə etməklə irimiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyi haqda narahatlıqları artırır.

"Donetsk xalq respublikası"nın başçısı Denis Puşilin jurnalistlərə açıqlamasında deyib ki, Kiyevin bu varianta əl atacağını, pilotsuz uçuş aparatlarından kütləvi istifadəsini istisna etmir.

Amma əmin edir ki, Kiyevin bu addımı cavabsız qalmayacaq.

Separatçılara yaxın olan rusiyalı jurnalist Aleksandr Kots da hesab edir ki, Donbas yeni müharibənin astanasındadır. Onun sözlərinə görə, Ukrayna Ordusu təmas xətti boyu qüvvə cəmləyib və fəal kəşfiyyat aparır. “Qoruyucular açılıb və müharibə hər an başlaya bilər”, - deyə o bildirib.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında Donbasda münaqişənin yenidən alovlanmasının mümkün olduğunu dedi.

Ekspert hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə cəmləşməsi, həmçinin Türkiyədən zərbə PUA-larının alınması işğal olunmuş ərazilərin azad edilməsinə hazırlıq məqsədi daşıyır:

“Donetsk və Luqanskda mövcud olan münaqişə Rusiya ilə Qərbin maraqlarının toqquşmasının nəticəsidir. Co Baydenin ABŞ-da hakimiyyətə gəlməsi, Ukraynaya letal (öldürücü) silahların verilməsi separatçılar üzərində hərbi üstünlüyü təmin etməyə imkan verəcək. Donbas istiqamətində Ukrayna Silahlı Qüvvələri cəmləşir və münaqişənin baş verməsi mümkündür. Ukrayna Ordusu hücuma keçə bilər. Bu siqnal Vaşinqtondan veriləcək. Yəni Ukrayna öz siyasətini ABŞ-la koordinasiya edəcək. Bayden də Ukraynaya xüsusi diqqət ayıran siyasətçidir.

O, Rusiyanın Ukrayna siyasətinin əleyhinədir. Donbasda atəşkəs tez-tez pozulur. Növbəti eskalasiyanın baş verməsi gözləniləndir. İrimiqyaslı hərbi əməliyyatların başlanması separatçıların darmadağın edilməsinə hesablanacaq. Rusiya da Ukraynaya cavab zərbəsi endirə bilər. Bu müharibədə separatçıların məğlub olacağı mümkün sayılır. Yaxın bir ildə sözügedən müharibənin başlanacağı ehtimal olunmur. Ancaq Ukrayna qaçılmaz görünən hərbi əməliyyatlara başlamaq üçün hazırlıq işləri aparır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ