Sizin reklam burada
Sizin reklam burada

Paşinyanın devrilməsi üçün Köçaryana 30 milyon göndərildi

Paşinyanın devrilməsi üçün Köçaryana 30 milyon göndərildi
“Ermənistandakı hadisələr avtomatik olaraq Qərb üçün Azərbaycanın yerini möhkəmləndirəcək”.
Bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistanın ictimai-siyasi həyatında baş verən olaylara diqqət çəkib:

“Yanvarın 20-də Ermənistanda keçiriləcək ümumxalq mitinqləri öncəsi Paşinyan və Putin arasında telefon danışığı baş tutub. Görüşün ictimaiyyətə açıqlanan tərəflərini kənara qoysaq, böyük ehtimalla Ermənistandakı daxili vəziyyət də müzakirə edilib.

Qeyd edim ki, Ara Abramyanın başçılığı altında ümumrusiya erməni diasporu Paşinyanın devrilməsi və bu mitinq üçün Köçaryana milyonlarla rubl göndərib. Bəzi mənbələrdə 30 milyondan söhbət gedir. Məbləğın bəzi hissəsi mitinqdə kütləviliyi təşkil edənlərə paylanılacaq”.

Zaur Məmmədov Paşinyanın hakimiyyətdən gedəcəyi təqdirdə bu ölkədə baş verə biləcək gəlişmələrə də toxunub:

“Rusiyaya yaxınlığı ilə seçilən qüvvələrin hakimiyyətə gəlişi Qafqazdakı yeni proseslərə təsirsiz ötüşsə də, Xankəndi məsələsində Moskva və İrəvanın eyni xətlə getməsinə səbəb olacaq.

Bu, sülhməramlıların nəzarətindəki ərazilərin Donbas ssenarisinə yaxınlaşmasına gətirib çıxara bilər. Amma hakimiyyətdə Paşinyan və ya Ter-Petrosyanın ideoloji görüşünü bölüşən şəxs olarsa, bu, Ermənistanın Xankəndi haqda düşünmədən dövlətçiliyinin qorunması və gələcəyə baxmasına səbəb ola bilər. Hər halda, Qarabağ ətrafında artıq danışıqların əsas tərəfi Ermənistan tərəfi deyil, Rusiyadır.

Köçəryanın məqsədi bəllidir. O, Ermənistanın İvanişvilisi olmaq niyyətindədir. İndi top Baydendədir. ABŞ və Avropa Birliyi Rusiya ilə geosiyasi mübarizə kontekstində indiki hakimiyyətə dəstək verməlidir. Əks halda, Ermənistan suverenliyini tam itirəcək və 2025-ci ilə qədər Belarusla birlikdə Rusiyanın quberniyasına çevriləcək.

Digər tərəfdən, Ermənistandakı hadisələr avtomatik olaraq Qərb üçün Azərbaycanın yerini daha da möhkəmləndirəcək. Vaşinqton Bakı ilə münasibətlərdə ciddi addımlar atacaq. Bu isə, ölkəmizin şimal və qərb istiqamətlərində manevr imkanlarını genişləndirəcək”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ