ABŞ-ın Nyu-Cersi ştatında keçmiş prezident Donald Trampın bir zamanlar sahibi olduğu “Trump Place Hotel” və kazino üç min dinamitlə partladılıb.
Saniyələr içində yerlə-yeksan olan binanın görüntüləri kameraların yaddaşına köçürülüb.
Bildirilib ki, Tramp 6 il əvvələ qədər oranın sahibi olub. 2014-cü ildən qapalı olan və 32 mərtəbəli otelin strukturu pis vəziyyətdə olduğuna görə partladılıb.
Conflict.az