Sizin reklam burada
Sizin reklam burada

"Heç vaxt cəmiyyətdə bu qədər narazılıq görməmişik”

"Heç vaxt cəmiyyətdə bu qədər narazılıq görməmişik”
“Biz heç vaxt İran cəmiyyətində bu qədər narazılıq görməmişik”.
“Anadolu” xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad deyib.

Məlumata görə, keçmiş prezident Qum şəhərində keçirdiyi bir görüşdə ölkə rəhbərliyini tənqid edib:

“Bu gün küçələrə çıxsanız, hər şeydən əvvəl insanların (rəhbərlikdən) narahatlığının çox yüksək olması diqqət çəkəcək. Həyatımızda heç vaxt cəmiyyətdə bu qədər narazılıq görməmişik”.

Əhmədinejad İran rəhbərliyinə etiraz edən insanların asanlıqla “anti-inqilabçı” olaraq günahlandırıldığını deyib: “Bu gün cəmiyyət hamısı etiraz edir. Bütün insanlar inqilaba qarşı çıxırmı?”.

Əhmədinejad inqilaba qarşı çıxanların vəzifələrini yerinə yetirməyən rəhbər şəxslər olduğunu vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş