Sizin reklam burada
Sizin reklam burada

"Bütün məhbuslar azad edilməlidir"

"Bütün məhbuslar azad edilməlidir"
BMT baş katibi Antoniu Quterreş Myanmada hakimiyyət çevrilişi zamanı saxlanılan hər kəsi azad etməyə çağırıb.
BMT rəhbəri bu barədə “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

"Ümid edirəm ki, demokratiya tərəqqiyə nail ola biləcək, amma bunlar üçün bütün məhbuslar azad edilməli, konstitusiya quruluşu bərpa olunmalıdır”, - Antoniu Quterreş deyib. BMT rəhbəri hərbçilərin onların rəhbərliyi altında olan ölkənin perspektivsizliyini anlayacaqlarına ümidini ifadə edib.

Dünyanın ən böyük təşkilatının baş katibi BMT-nin "bu çevrilişin uğursuz olmasını təmin etmək üçün Myanmaya kifayət qədər təzyiq göstərmək üçün" lazım olan hər şeyi edəcəyini də əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş