Sizin reklam burada
Sizin reklam burada

"Yekun nəticə xalqın qərarına bağlı olacaq”

"Yekun nəticə xalqın qərarına bağlı olacaq”
Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclası keçirilib.
“Haber Global”ın məlumatına görə, tədbirdən sonra təşkil olunan mətbuat konfransında dövlət başçısı media nümayəndələrinə maraqlı açıqlamalar verib.
R.T.Ərdoğan ölkəsində yeni ana qanun layihəsinin hazırlanmasını istisna etməyib.
“Bəlkə də Türkiyədə yeni bir konstitusiya müzakirəsinin vaxtı çatıb. Bu proses şəffaf şəkildə aparılmalıdır. Yekun nəticə xalqın qərarına bağlı olacaq”, - deyə prezident bəyan edib.
Bununla yanaşı, dövlət başçısı mart ayının 1-dən etibarən Türkiyədə təhsil müəssisələrinin mərhələli şəkildə açılacağını da qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş