
“Qarecinin Gürcüstan ərazisi olmadığını deyən və buna sevinən bir çox insanın olduğunu təsəvvür edə bilməzdim”.
Modern.az xəbər verir ki, bu sözləri parlamentin Regional Siyasət və Özünüidarə Komitəsinin sədri Sozar Subari, Davit Qareci (Keşikçi Dağ) məsələsində saxlanılanların girov qarşılığında sərbəst buraxılmasına fikir bildirərkən deyib.
Onun sözlərinə görə, İmeri Melaşvilinin sözügedən cinayətdə iştirak etdiyini, məhkəmə zalında o öz dili ilə deyib:
“Bu cinayətdə bilərəkdən iştirak etdiyini cənab İmeri Melaşvilinin özündən eşitdik. Bunu iki nəfər, İveri Melaşvili və Kako Boboxidze açıqladı və bütün zal təəccüblü şəkildə onları alqışladı. Şəxsən mən həqiqətən təəccübləndim. Davit Qarecinin Gürcüstan olmadığını deyən və buna sevinən bir çox insanın olduğunu təsəvvür edə bilməzdim”, - deyə Subari bildirib.
Xatırladaq ki, Davit Qareci (Keşikçi Dağ) ilə bağlı açılan cinayət işində saxlanılan 2 nəfərin hər biri 20 min lari girov qarşılığında sərbəst buraxılıb.
Conflict.az