Sizin reklam burada
Sizin reklam burada

"Kremlin düşündüyü deyil, polisin qanunu qorumaq üçün lazım hesab etdiyi qərarlar vacibdir”

"Kremlin düşündüyü deyil, polisin qanunu qorumaq üçün lazım hesab etdiyi qərarlar vacibdir”
Kremlin mətbuat katibi Dmitri Peskov həbs olunan müxalifətçi Aleksey Navalnının sərbəst buraxılması üçün yanvarın 23-də təşkil edilən nümayişlərdən sonra bəzi müxaliflərin tutulması barədə jurnalistlərə açıqlama verib.
Rusiya prezidentinin sözçüsü siyasi həbslərə haqq qazandırıb.
Peskov bəzi müxaliflərin tutulmasının qanunla tələb olunduğunu iddia edib.
“Hüquq mühafizə orqanları öz işlərini görürlər. Rusiyanın qanunları dəfələrlə pozulub. Hüquq mühafizə orqanları bu istiqamətdə işləyir. Kremlin düşündüyü deyil, polisin qanunu qorumaq üçün lazım hesab etdiyi qərarlar vacibdir”.
Dünən Rusiya polisi həbsdə olan Aleksey Navalnının paytaxt Moskvadakı mənzilində və Korrupsiyaya Qarşı Mübarizə Fondunun ofisində axtarış aparıb.
Navalnının qardaşı Oleq Navalnı, vəkili Lubov Sobol və şəxsi həkiminin saxlanıldığı bildirilib.
Qeyd edək ki, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və beynəlxalq təşkilatlar Rusiya hakimiyyətinə müraciət edərək, siyasi məhbusların azad edilməsini tələb ediblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş