
Rusiya əhalisinin sayı 2020-ci ildə əvvəlki ilə nisbətən 510 min nəfər azalıb və bu, son 15 ilin ən böyük azalmasıdır.
Bu barədə Rusiya Federal Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ölkə əhalisinin sayı 2020-ci ildə əvvəlki ilə nisbətən 146 milyon 750 min nəfərdən 146 milyon 240 min nəfərə düşüb.
Bu, əhalinin 2005-ci ildən bəri ən böyük azalması kimi qeydə alınıb. Ölkə əhalisi 2005-ci ildə 564 min nəfər azalmışdı.
Rusiyada koronavirus (COVID-19) pandemiyası səbəbiylə 71 min 651 nəfər ölüb.
Mütəxəssislər Rusiyaya gələn immiqrant axınının da azaldığını və bunun demoqrafik problemə səbəb ola biləcəyini qeyd edirlər.
Conflict.az