arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Kim Çen ölkəsində bir yoluxmanın belə olmadığını iddia edir

Kim Çen ölkəsində bir yoluxmanın belə olmadığını iddia edir
Şimali Koreyada koronavirus pandemiyası ilə bağlı xəbərlər ilk dəfə yayılmağa başlayanda, 2020-ci ilin yanvarında dünya ölkələri ilə əlaqələri tamamilə kəsilmişdi.

“Hürriyet” xəbər verir ki, yoluxma bütün dünyanı bürüyən zamanda Kim Çen İn ölkəsində bir yoluxmanın belə olmadığını deyib.

Dünya mediasında yayılan fotolardan məlum olurdu ki, nə ölkə lideri Kim Çen İn, nə də digər rəsmilər qoruyucu maskalardan istifadə edirlər.

Şimali Koreyada koronavirusa yoluxma və ölümlə bağlı hansısa rəsmi xəbər yayılmayıb.

Artıq Pxenyanda yerləşən laboratoriyada Şimali Koreya alimləri koronavirusa qarşı təsirli vaksin hazırlamağa başlayıblar.

Şimali Koreyanın düşmən qonşusu Cənubi Koreyada koronavirusun Şimalda yayılmasını onun Çinlə yaxınlığı ilə əlaqələndirirlər.

Bildirilir ki, Kim Çen İnin partiyası COVID-19 peyvəndinin istehsalı üçün xüsusi büro yaradıb.

Hətta qeyd olunur ki, ölkədə artıq peyvəndin 1-ci və 2-ci doza sınaqları bitib, 3-cü isə davam edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş